Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub.

Bu barədə mətbuata məlumat verən valideynlərin sözlərinə görə, yoluxmalarla bağlı 3 sinif karantinə alınıb.

Bu səbəbdən övladlarının sağlamlığından narahat olan valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər.

Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN