Koronavirus (COVİD 19) pandemiyası dövründə hər bir şəxsin ən ümdə vəzifələrindən biri həm özünü, həm də ətrafını bu virusdan qorumaqdır.

İndiyədək virusdan qorunma yolları və gigiyenik qaydalara düzgün riayət etmək barədə yetərincə məlumat verilib.

Qeyd edək ki, payız mövsümünün başlanması ilə koronavirusa yoluxma sayında da artım müşahidə edilməkdədir - özü də əməlli-başlı... Getdikcə gündəlik yoluxma sayı 3 minə tərəf istiqamət götürməkdədir.

Və belə bir məqamda hər bir şəxs məsuliyyətini dərk etməlidir.  Bu işdə ictimai iaşə obyektləri isə ikiqat məsuliyyətli davranmalıdırlar. Çünki hər gün xidmətindən onlarla, yüzlərlə insanın istifadə etdiyi belə obyektlərdə gigiyenik qaydalara ciddi əməl olunmazsa, koronavirusa yoluxma sayının günbəgün artması da qaçılmaz olacaq...     

Elə bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndində  fəaliyyət göstərən fiziki şəxs Şəmiyev Sevan Kazım oğluna məxsus "Nicat Plaza” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Kaş ki, bu inzibati məsuliyyətə cəlb olunmalar digərlərinə də dərs ola - nə çörək qazandıqları obyektlərinin adına kölgə salalar, nə də başqalarının həyatını təhlükəyə atıb, günaha batmayalar...   

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN