Koronavirusun yeni təhlükəli ştammlarının yaranması, indi qripə qarşı peyvəndi ilə baş verdiyi kimi,

COVID-19-a qarşı vaksinlərin hər il modifikasiyasını tələb edə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan bildirib.

O bildirib ki, tərtibatçılar indi [SARS-CoV-2 koronavirusunun] gələcək variantların təhlükəsini aradan qaldırmaq üçün vaksinləri modifikasiya etməyin mümkün olub-olmadığını araşdırırlar: "Xoşbəxtlikdən, hazırda təsdiqlənmiş peyvəndlər indiyə qədər gördüyümüz variantlara qarşı hələ də təsirlidir. Bununla belə, gələcəkdə bu peyvəndlərə cavab verməyən bir variantın olub-olmayacağını bilmirik". Onun sözlərinə görə, tərtibatçılar və alimlər əmin olmaq istəyirlər ki, onlar bu peyvəndləri tez bir zamanda dəyişdirirək, onları koronavirusun gələcək ştammlarına qarşı təsirli edəcəklər və bu istiqamətdə işlər artıq aparılır.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN