Rusiyanın  səhiyyə naziri Mixail Muraşko bildirib ki, hamilə qadınlar da, hamiləliyi planlaşdıran qadınlar kimi

COVID-19-a qarşı peyvənd etdirməlidir.

Bu barədə o, Rusiya Dövlət Dumasının sağlamlığın qorunması komitəsinin iclasında bildirib. Nazirin sözlərinə görə,  bu, onların daha rahat və təhlükəsiz hamiləliyini təmin edəcək.

Xatırladaq ki,  Sankt-Peterburqdakı 16 saylı doğum evinin baş həkimi Vladimir Şapkayts da qadınların  hamiləlikdən əvvəl peyvənd etdirməsini tövsiyə edib. Onun sözlərinə görə, hamiləlikdən əvvəl peyvənd vurdurmayan qadınlar  hamiləliyin 22-ci həftəsində peyvənd vurdurmalıdırlar.

Qeyd edək ki,  hamilə qadınların vaksinasiyaya cəlb edilməsi ilə bağlı mütəxəssislər tərəfindən indiyədək müxtəlif fikirlər səsləndirilib, tövsiyələr verilib. Bəziləri hamiləliyi planlaşdıran, həmçinin hamilə qadınların və süd verən anaların peyvənd vurdurmasının, ümumiyyətlə əleyhinə çıxışlar ediblər.

Azərbaycan Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova  mətbuata verdiyi açıqlamada bildirib ki,  hamiləlik zamanı qadın orqanizmi ikili yüklənməyə məruz qaldığı üçün onun hər hansı virus infeksiyasını keçirməsinin öz özəllikləri var.
Onun sözlərinə görə, bu dövrdə xəstəliyi ağır formada keçirən hamilə qadınlar ümumiprofilli  xəstəxanalara hospilitizasiya olunub və onların müalicəsində xüsusi antiviral dərmanların istifadəsinə mütləq şəkildə ehtiyatla yanaşılmalıdır:

“ Hər bir dərmanı hamilə qadına təyin etmək olmaz, çünki bətndəki uşaq çift vasitəsilə anadan qidalanır. Əgər qadında bakterial infeksiya əlavə olunarsa və koronavirus infeksiyası bakterial infeksiya ilə fəsadlaşarsa, o zaman hamilələrə icazə verilən antibiotiklərdən istifadə oluna bilər. Peyvəndlənməyə gəlincə, hamilə qadınlara peyvənd vurmaq olmaz. Bu, təkcə koronavirus peyvəndinə aid deyil, digər peyvəndləri də hamilə qadınlara vurmaq olmaz”, - deyə baş mama ginekoloq bildirib.

S.Məmmədova həmçinin qeyd edib ki, qadın vaksin vurulduqdan  və qanında immunioloji vəziyyət stabilləşdikdən 3-6 ay sonra hamiləliyi planlaşdıra bilər.

Baş infeksionist  Təyyar Eyvazov isə  bildirib ki,  peyvəndlərin hamiləliyə və dölün inkişafına təsiri ilə bağlı aparılan araşdırmalar başa çatdıqdan sonra məlum olub ki, COVİD- 19 peyvəndi hamilə qadının və onun gələcək körpəsinin sağlamlığı üçün heç bir təhlükə yaratmır və Azərbaycanda hamilə qadınlara peyvənd vurdurmağa, yalnız hamiləliyin 12-ci həftəsindən sonra icazə verilir.

Onun sözlərinə görə, ABŞ, Almaniya, Fransa, İtaliya, İsrail və bir sıra digər ölkələrdə hamilə qadınların aktiv peyvəndlənməsi aparılır.

Baş infeksionist bildirib ki, Səhiyyə Nazirliyi ilk növbədə xroniki xəstəlikləri olan və risk qrupuna daxil olan hamilə qadınların – piylənmə, şəkərli diabet, arterial hipertoniya, bronxial astma, ürək xəstəliyi və s. də Pfizer peyvəndini vurdurmağı tövsiyə edir.

Xatırladaq ki, hamilə qadınlara peyvənd vurdurmaq məcburi deyil, bu, yalnız onların şəxsi razılığı əsasında həyata keçirilə bilər.

  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN