Yeni “omicron” ştammı ilə yoluxmuş xəstələrdə koronavirus infeksiyası daha yüngül keçəcək.
Bunu ÜST-ün Təcili Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove söyləyib. O, CBS-in efirində bildirib ki, hal-hazırda ölümcül “omicron” hadisəsi qeydə alınmayıb.
"İlkin məlumatlar göstərir ki, “omicron”a yoluxmuş insanlar, bir qayda olaraq xəstəliyə daha yüngül keçirirlər, lakin bu barədə danışmaq hələ tezdir", - deyə mütəxəssis vurğulayıb.
O əlavə edib ki, xəstəliyin belə gedişatı xəstələrin yoluxmasının ilkin mərhələləri ilə bağlı ola bilər: "Bu şəxslərdən neçəsinin ağır xəstəlik keçirəcəyini həqiqətən başa düşməyimiz üçün bir neçə həftə çəkə bilər".
Yeni bir ştammın yayılması fonunda, yoluxanların xəstəxanaya yerləşdirilmələri sayının artması, hətta xəstəliyin yüngül gedişatı ilə belə istisna edilmir.
Qeyd edək ki, ÜST nümayəndəsi “omikron”a yoluxmuş şəxslərin də reanimasiya şöbəsində müalicəsinin tələb oluna biləcəyini, həmçinin "onların bəzilərinin öləcəyini" də təxmin etdiyini söyləyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib. Onun daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu və daha ağır xəstəliklərə səbəb olduğu bildirilib.
Artıq 20-dən çox ölkədə koronavirusun “Omikron” ştammı aşkar edilib.
JASMİN