RF-nin baş sanitar həkimi: "COVID-19-un “omicron” ştammı daha çox yuxarı tənəffüs yollarının orqanlarına təsir göstərir."

“Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib ki, koronavirus mutasiya prosesində ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib.

Bu barədə RİA Novosti yazır.

"Virus ən düzgün formanı, ən düzgün amin turşusu tərkibini axtarırkən, onun tropizmini və ya ağciyər toxumasına nüfuzetmə qabiliyyətini təmin edən reseptorlardan birini itirdi", -  deyə RF-nin baş sanitar həkimi aydınlq gətirib.

Onun sözlərinə görə, COVID-19-un “omicron” ştammı daha çox yuxarı tənəffüs yollarının orqanlarına təsir göstərir.

 Popova vurğulayıb ki, infeksiyanın yeni variantının hansı fəsadlara səbəb olacağı hələ sual altındadır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omicron” adını verib.

“Omicron”un daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu bildirilir.

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN