Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5948 yeni yoluxma faktı qeydə alınıb, 7060 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 29 vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 738328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 679316 nəfər müalicə olunaraq sağalıb, 9027 nəfər vəfat edib, aktiv xəstə sayı 49985 nəfərdir.
Ölkədə son sutka ərzində 19844, hazırkı dövrədək isə 6372838 test aparılıb.