BU GÜN YOLUXMA SAYI AZALDI - 19 MİN 968 NƏFƏR OLDU...
Gürcüstanda son sutka ərzində koronavirusa yoluxma sayında ötən günlə müqayisədə nisbətən azalma müşahidə olunub. Məlumata görə, bu gün ölkə üzrə 19 968 yeni yoluxma baş verib, ötən gün 22 444 yoluxma halı qeydə alınmışdı.
Bu gün virusdan 55 nəfərin ölməsi ilə bərabər, indiyədək 15 459 nəfər həyatını itirib.
Qeyd edək ki, minfin –in bu günə olan məlumatına görə, 4 milyonadək əhalisi olan (3milyon 977 min) Gürcüstanda, indiyədək 1 418 027 nəfər, yəni əhalinin 35,7% -i koronavirusa yoluxub.
Xatırladaq ki, Gürcüstanda əhalinin vaksinasiya prosesi ötən il martın 29-dan başlayıb.
Bu günədək əhalinin 1 536 488 nəfəri, yəni 38,64%-i peyvənd vurdurub. Onlardan 1 231 649 nəfəri, yəni 30,97%-i hər iki peyvəndi, 80 818 nəfəri – 2,03%- iisə buster dozanı da vurdurub.
Koronavirusa yoluxan 35,7% -i və hər iki peyvəndi vurduran 30,97%-i hesablasaq, belə çıxır ki, artıq ölkə əhalisinin 66%-də immunitet formalaşıb. Əlbəttə, koronavirusa yoluxub, həm də peyvənd vurduranları da nəzərə alsaq, yəqin ki, qeyd edilən faizdə azalma olacaq.
Xatırladaq ki, Gürcüstanda indiyədək Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing, Sinovac vaksinlərindən istifadə edilib.
JASMİN