Dünən sosial şəbəkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, görüntülər Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkilib.

Çəkilən kadrlardan məlum olur ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir.

Sözügedən görüntülərlə bağlı Quba RMX-dan bildiriblər ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri mərhələli şəkildə verilir.

"Vətəndaşların müraciəti eyni günə təsadüf etdiyindən dərman vasitəsinin verilməsində sıxlıq müşahidə olunub. Qısa müddət ərzində növbəlilik prinsipi gözlənilməklə bütün şəkər xəstələrinə dərmanların verilməsi həyata keçiriləcək", - açıqlamada deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN