"Koronavirusun "omikron" ştamının simptomları çox vaxt "delta" ştamının simptomlarına bənzəyir".

Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Son zamanlar “omikron” ştamına yoluxanların ən çox şikayət etdiyi hal iştahın olmamasıdır. Bu, əsasən xəstəliyi kəskin keçirən insanlarda müşahidə edilir. Bunun da əsas səbəbi yuxarı tənəffüs orqanlarında güclü iltihabın baş verməsidir. Buna görə xəstəliyə yoluxan insanlar narahat olmasın. Bir müddət sonra qidalanma qaydasına düşəcək", - həkim qeyd edib.

Onun sözlərinə görə, yeni ştam yoluxan insanın sağlamlığına əvvəlki ştamlar kimi təsir edir, əsasən laxtalanma, ishal, sümüklərin ağrıması, iştahsızlıq, sinir sistemi, yaddaşın zəifləməsi kimi fəsadlara yol açır. Bu hal xəstə sağaldıqdan sonra da bir müddət davam edə bilər.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.

E.ŞİRİNOV 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN