Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 787367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769746 nəfər müalicə olunaraq sağalıb, 9454 nəfər vəfat edib, aktiv xəstə sayı 8167 nəfərdir.
Ölkədə son sutka ərzində 8487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.