Baş nazir: "...Artıq koronavirusun bitdiyini deyə bilərik."
Bazar ertəsi Gürcüstanda koronavirusa 100 yoluxma sayı qeydə alınıb. Ölkənin Baş naziri vətəndaşlara şad xəbər verib sevindirmək istədiyini bildirib.
İrakli Qaribaşvili hökumətin iclasında artıq koronavirus böhranının aradan qalxdığını açıqlayıb .
“Yaşıl pasportu ləğv etdikdən cəmi iki ay ərzində gördük ki, proses, hökumət və şura tərəfindən düzgün idarə olundu, ona görə də vəziyyət sabitləşdi”, -deyə bildirib.
Qeyd edək ki, Azərbaycanda bazar ertəsi koronavirusa 16 yoluxma halı qeydə alınıb. Aktiv xəstə sayı 199 nəfərdir. Artıq 4 gündür ki, (aprelin 8-dən) ölüm halı da qeydə alınmayıb. Bu isə sevindirici haldır.
İndiyədək əhalinin 4 832 867 nəfəri peyvəndin hər iki dozasını vurdurub.
Xatırladaq ki, Gürcüstan “Covid pasportu”u, yaxud “Yaşıl pasport”u ləğv edib. Yalnız bu pasport xarici ölkələrə gedərkən tələb olunur.
Gündəlik yoluxma sayı ikirəqəmliyə düşən Azərbaycanda da yəqin ki, bunun vaxtı çatıb. Həmçinin əhalinin də "Covid Azərbaycanda da bitdi" şad xəbərinə...
Y.MƏMMƏDLİ