SOYUQDƏYMƏ BİR ÇOX XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR...

Bu gün havaların pis keçməsi yenidən xəstəliklərin artmasına səbəb olub. Qeyri-normal hava şəraiti insanların geyimdə seçim etməklərinə təsir edir. Beləki, havanın səhər saatlarından günortaya qədər isti və mülayim, günortadan sonra isə soyuması çaşqınlıq yaradır. Bu isə səhər evdən nazik  paltarda çıxan adamın axşam evə dönərkən soyuqlaması ilə nəticələni. Bundan sonra isə təbii ki, bildiyimiiz soyuqdəymə baş verir ki, bununla da qızdırma, asqırma, öskürmə əlamətləri özünü büruzə verir.

Bununla əlaqədar həkimlər xəbərdarlıq edirlər ki, bu cür hava dəyişməsi sizi aldatmasın. Yer kürəsində hökm sürən siklon dəyişməsi ciddi xəstəliklərin yaranmasına, yayılmasına, yaranarkən ağırlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün həm öz sağlamlığınızı, həm də yaxınlarınızın sağlamlığını qorumaq Bu üçün fəsil dəyişməsi ilə keçən hava şəraitinə ciddi fikir verin. Evdən çıxarkən əyninizi nə çox nazik, nə də çox qalın etməyin. Beləki, əyniniz nazik olsa soyuqlayarsınız. Bildiyiniz kimi soyuqdəymə bir çox xəstəliklərə səbəb olan fəsaddır. Bunun qarşısını almaq üçün hər cəhdlə soyuqdan qorunmaq lazımdır.

Əyninizi çox da qalın etməyin. Çünki çox qalın geyinməklə tərləyə bilərsiniz ki, bu da xaricdən soyuq havanın bədəninizə daxil olub isti tərlə nəmlənmiş səthində soyuq səth yaradır və bununla  da daxili orqanların, xüsusilə ağciyərin, böyrəklərin soyuqlanmasına səbəb ola bilər. Bütün bunlardan qorunmaq üçün ən əvvəl evə qayıdacağınız vaxtı düşünün və məhz o vaxta uyğun paltar geyinin.

Yəqin çoxlarınız mənimlə razılaşarsınız ki, əvvəllər soyuqlayarkən soyuqdəymə dərmanları, təbii vasitələrlə müalicə olunardıq. Bu gün isə dünya COVİD-19 və bir çox digər xəstəliklərlə üz-üzə qalıb. Artıq adi soyuqdəyməni COVİD-dən seçmək də həm çətinləşib, həm səhiyyə bunun marağında deyil. Bu viruslar məlum olmamışdan əvvəl soyuqdəymə xəstəliyimizin adı QRİP idi. Azərbaycan dilində adı zökəm olsa da qrip deyirdik. Və zökəm olanda da hə ağzımızın dadı qaçar, iybilmə qabiliyyətimizi itirər, asqırma, öskürmə, tərləmə əlamətləri olardı. Bu gün isə bu əlamətləri artıq COVİD-19 xəstəliyi ilə əlaqələndirirlər. Artıq dünyanın qorxulu röyasına çevrilən bu cür xəstəliklərin vurduğu ziyanları da araşdırmaq başqa mövzudur...

Çalışın sağlam olun. Sevdiklərinizin xatirinə səhhətinizi qoruyun.

 Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN