Koronavirus pandemiyası ilə əlaqədar ayıq-sayıq qalmaq vacibdir, çünki bu, ictimai sağlamlıq üçün fövqəladə hal olaraq qalır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsinin rəhbəri Didye Hussen bildirib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı vəziyyət bitmək üzrə deyil: "Hazırda sayıqlığın azadılması vaxtı deyil".
O, virusun hələ də "gözlənilməz şəkildə" aktiv şəkildə yayıldığını və inkişaf etdiyini vurğulayıb.