2019-cu ilin dekabr ayından dünyanı ağuşuna almağa başlayan koronavirus pandemiyası bitmək üzrə olduğu, bir sıra ölkələr epidemioloji vəziyyətin müsbət istiqamətdə dəyişdiyini nəzərə alaraq, pandemiya məhdudiyyətlərini ləğv etdiyi bir vaxtda Çində yoluxma sayı yenidən artmaqdadır.

Belə ki, Çində son sutkada yeni növ koronavirusa 29 411 yeni yoluxma aşkar edilib.

Bu barədə ölkənin səhiyyə komissarlığı məlumat yayıb. Qeyd olunur ki, bu, pandemiya dövrünün rekord göstəricisidir. Gün ərzində ən çox yoluxma Şanxayda və şimal-şərqdəki Jilin əyalətində qeydə alınıb. Onların əksəriyyəti simptomsuz xəstələrdir.

Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına görə, COVID-19-a yoluxan 3 020 nədərdən 21-i xaricdən gəlib. Qalan 2 999 nəfər isə ölkədə daxilində yoluxub. Gün ərzində ən çox yoluxma Şanxayda (2573) və şimal-şərqdəki Jilin əyalətində (325) qeydə alınıb.

Çində yoluxma sayının artması infeksiyanın yenidən dünya ölkələrinə yayılması məsələsini gündəm mövzusu edib. İnsanlar yaxın tarixin təkrarlanmasının mümkün olduğunu düşünürlər.

Azərbaycan bunun üçün hansı addımları atıb? Hazırda Çinlə gediş-gəliş varmı?

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) hazırda Çinə birbaşa reyslərin olmadığı bildirilib: “Pandemiyadan əvvəl Çinə birbaşa reyslər var idi. Pandemiya səbəbindən həmin reyslər ləğv olundu”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN