Bir sıra Avropa ölkələrində koronavirusa yoluxma hallarının artması, eləcə də COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayının artması narahatlıq doğurub.
İtaliyada son sutka ərzində 86,3 mindən artıq yoluxma halı qeydə alınıb, 72 nəfər isə koronavirusdan ölüb. İtaliya Səhiyyə Nazirliyi hazırda koronavirus xəstələrinin sayının təxminən 1 milyon nəfər olduğunu qeyd edib.
Böyük Britaniyada son bir həftədə yoluxma hallarının sayə təxminən 3 dəfə artıb. Britaniya KİV-ləri, iyunun sonu bu ölkədə koronavirus xəstəsi olanların sayının 2,3 milyona yaxın olduğunu qeyd edib. Britaniyalı ekspertlər hesab edir ki, bu il ölkə yeni dalğa ilə üzləşə bilər.
Fransanın tibbi xidmətlərinin məlumatlarına görə, ötən gün ölkədə 133 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 67 faiz daha çoxdur.