«Fuad Həziyevi bir dəfə həbs olunmaqdan vitse-prezident Mikayıl İsmayılov xilas edib…»
«Təzadlar»ın Araşdırma Qrupunun ortaya qoyduğu dünənki araşdırma yazıya şikayətçi və SOCAR-dakı mənbəmiz Hans Anderson maraqlı açıqlamalar göndərib. O, SOCAR-da «tender kralı» kimi ad çıxarmış «MONET» MMC-nin himayəçisinin kimliyinə də adınlıq gətirib. Onun yenə də Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlıya (NHMİB) və «Təzadlar»a göndərilən məktubunda olduqca maraqlı məqamlara toxunulur. Sitat: «Hörmətli redaksiya, SOCAR-n təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin hegemonluqları bununla bitmir. 2007-ci ildə Fuad Həziyev Audit Departamentinin rəis müavini vəzifəsində işlədiyi dövrdə Azneft İB idarələrinin birində kargüzarlıq şöbəsinin rəisinə nöqsanlara göz yuyulması üçün xoşagəlməz təkliflər etmişdi… \həmin söhbətin audioyazısı şirkətin o vaxtki rəhbərliyinə təqdim olunmuşdur. Sonradan bu məsələnin üstü açılmışdı, amma vitse-prezident Mikayıl İsmayılovun göstərisi ilə Fuad Həziyev cəzasız qalmışdır. Fuad Həziyev haqqında dünən yazdıqlarınız aysberqin heç 1 faizi deyil. Fuad Həziyevin himayədarlığı altinda 2 nəfər əməkdaşı olan «Monet» MMC SOCAR müəssisələri ilə bir il ərzində 103 ədəd alqı-satqı müqaviləsi imzalamışdır. Tədarük olunan malların çeşidinə nəzər salsaq görərik ki, «MONET» MMC bir il ərzində daş çınqıl, dəftərxana ləvazimatı, xususi geyim, sürtkü yağları, müxtəlif ehtiyyat hissələri, təşkilati texnika və elektrik ləvazimatları satmışdır.
Müqavilələrinin siyahısını dünən Sizə təqdim etmişdim. Xahiş edirəm, bu faktları Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə göndərəsiniz. Dövlətimizin iqtisadi dayaqlarını sarsıtmağa cəhd edən belə məmurlar həbs edilməlidir. Eləcə də belələrini SOCAR-da himayə edənlər».
Xatırladırıq ki, Hans Andersonun Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarova yazdığı və surəti «Təzadlar»a və Neftçilərin Hüquqlarının Müdafiəsi İB-yə göndərdiyi məktubunda yazırdı ki, 2018-ci ildə «Monet» MMC 100 dəfə SOCAR-ın müəssisələri tərəfindən keçirilmiş satınalma əməliyyatlarında iştirak etmişdir. «…2018-ci ildə istirahət və bayram günlərini çıxsaq, «Monet» MMC hər iki gündən bir satınalma əməliyyatlarında iştirak etmişdir. «Monet» MMC-nin 2018-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatları ilə 7 milyon 50 min 618 manatlıq müqaviləsi imzalamışdır. MMC-nin iştirak etdiyi 100 müsabiqədən 95-i formal olaraq təşkil edilmiş, seçmə isə müsabiqə metodu tətbiq olunmaqla keçirilmişdir. «Monet» MMC 2013-cü ildə Şəmkir rayonunda qeydiyyata alınmışdır. SOCAR-ın satınalmalarında Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev tərəfindən idarə olunur. F.Həziyevin göstərişinə əsasən heç bir qayda-qanuna əməl etməyən bu şirkət SOCAR-a müxtəlif mallar, daş, çınqıl, paltar, elektrik ləvazimatı, neft məhsulları və s. mallar satmışdır. Sual olunur, 20 manat Nizamnamə kapitalına məxsus və 2 nəfər işçisi olan bir şirkətin bu həcm və çeşiddə mal satması necə mümkündür və bir il ərzində 7 milyon 50 min 618 manatlıq müqaviləni necə yerinə yetirmişdir???».
Mövzu davamlıdır.
Xatırladırıq ki, Fuad Həziyevin əsas himayəçisi SO021-dək vitse-prezidenti olmuş, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti (2005-2021) və hazırda Ekol Mühəndis Xidmətləri QSC-nin Direktorlar şurasının sədridir.
«Təzadlar»ın Araşdırma Qrupu
P.S.Yazı çapa verilərkən Hans Andersondan daha bir məktub və əlavə edilmiş yeni sənədlər daxil oldu. Tezliklə çapa veriləcək.