«Təzadlar» 1990-cı ildən bəri «Əməkdar jurnalist» fəxri adını almış əmək darların, yəni əməyinin ustadı olanların məhsuldarlığını araşdırdı…
…Söhbətə belə bir ibrətamiz misalla başlamaq istəyirəm (Xalq şairi, ustad Bəxtiyar Vahabzadənin söhbətindən): Xalq şairi Məmməd Araza gec də olsa Dövlət mükafatı verilir… Bəxtiyar Vahabzadə Xudu Məmmədova zəng edir və deyir ki, gözün aydın, sevimli şairimizə axır ki, Dövlət mükafatı verildi… Xudu müəllim belə cavab verir: «Hökumət sağ olsun, Məmməd Araza verilməklə Dövlət mükafatını hörmətə mindirdi…».
Bu yazıda məqsəd jurnalistlərimizin fikir, söz və plüralizm ənənələrinə xidməti və bu istiqamətdə onların, xüsusən də fəxri adla təltiflənmiş media mənsublarının fəallığının qiymətləndirilməsidir.
***
…Azərbaycanda çoxsaylı "Əməkdar jurnalist" Fəxri adı almış şəxslər var... Bu fəxri adın təsis edilməsi jurnalistika sahəsində məşğul olan, çalışan, bu sahəni özünə sənət seçən insanların məhsuldar əməyinin qiymətləndirilməsinə hesablanıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə» imzaladığı Fərmanı bu sahədə işgüzar fəaliyyəti ilə seçilən peşəkarların əməyinin qiymətləndirilməsini nəzərdə tutur. Fərmanda deyilir: «Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
1.Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə təsdiq edilsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində fəxri adların vəsiqələrinin nümunələrini və döş nişanlarının təsvirlərini və eskizlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.
3.Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV Bakı şəhəri, 14 may 1999-cu il, № 130».
***
Xatırladaq ki, Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamədə “Əməkdar jurnalist” fəxri adının dəqiq izahı da verilib: «…uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilir».
Bəs Azərbaycanda «Əməkdar jurnalist» Fəxri adı almışların əməyinin məhsuldarlığı nə qədərdir? Bu məhsuldarlığın ölçü vahidi varmı?
Bu suala cavab vermək çox çətindir. Niyə? «Təzadlar»ın Araşdırma Qrupu indiyədək «Əməkdar jurnalist» Fəxri adını almışların siyahısını tərtib etmək üçün ən azı bir neçə gün vaxt itirməli oldu. Çünki elektron axtarış sistemi 90-cı illərdə olmadığından biz həm də Milli Kitabxanada «Əməkdar jurnalist» Fəxri adının verilməsi barədə Prezident Sərəncamlarını bir-bir vərəqləməli, izləməli olduq. 1990-cı illərdən bəri olan siyahıda isə təkcə sırf jurnalistika sahəsində deyil, səhiyyə, idman, kənd təsərrüfatı, tikinti, təhsil, hüquq mühafizə orqanları və s. sahələrdə çalışmışların da «Əməkdar jurnalist» Fəxri adı almasına rast gəldik. Bu isə o demək idi ki, 1990-cı ildən üzü bəri olan bütün Prezident Sərəncamlarını diqqətlə izləməli və fəxri ad almışların adlarını bir-bir qeydə almalıyıq.
***
Beləliklə, yaxınlarda bu araşdırmalara başladığımız barədə sosial platforma üzərindən məlumat paylaşdıq. Həmin məlumatla, sanki arı pətəyinə çop uzatmış olduq. Narazılar bir-bir kimlərin bu Fəxri adı necə və nə yolla aldığını yazmağa başladılar. Hətta konkret adlar da çəkilirdi. Şərhlərdən belə məlum olurdu ki, «Əməkdar jurnalist» Fəxri adını alanların böyük əksəriyyaətinin əmək darlığı və ya əmək məhsuldarlığı gözə dəymir, faktiki yoxdur. Cəmiyyətdə hamı belə düşünür ki, bu fəxri adın 90 faizi tanışlıq və ya dostluq, qohumluq əsasında verilib... "Təzadlar" qəzetinin Araşdırma Qrupu bu məsələni texniki imkanlarımız daxilində araşdırdı, ortaya böyük bir siyahı çıxdı. Və aşağıda 1990-cı ildən son dövrlərədək "Əməkdar jurnalist" Fəxri adını almışların siyahısını təqdim edirik. Amma bəri başdan onu da deyirik ki, tanıdığımız, peşəkarlığı diqqəti çəkən yetərincə jurnalistlər var ki, «Əməkdar jurnalist» Fəxri adına haqdırlar, onların daim maraqlı yazılarını oxumuşuq, indi də oxuyuruq. Lakin həm də elələri var ki, eyni əmək məhsuldarlığı ilə seçilir, daim maraqlı mövzulara toxunur, cəmiyyəti maraqlandıran, dövləti maraqlarımızı müdafiə edən, geniş oxucu auditoriyasına malik olan jurnalistlər də var ki, onlar bu Fəxri adı almayıblar.
Nəhayət, siyahıda böyük bir toplum da var ki, nəinki KİV-də və ya elektron mediada, hətta heç bir yerdə diqqəti çəkən məqaləsinə rast gəlmədik. Hətta bir çoxunun adını (bunu siz də edə bilərsiniz, siyahı əl altındadır) bir-bir internetin axtarış sistemindən istifadə edərək axtardıq, adlarına hansısa bir məqaləyə rast gəlmədik.
Bunlar, yəni aşağıda adları siyahılananlar «Əməkdar jurnalist» Fəxri adı alanlardır. «Tərəqqi» medalı alan, «Əməkdar mədəniyyət işçisi» və s. kimi Fəxri ad alan xeyli jurnalistlər də var. Hansı ki, dövlət onlara hər ay bu Fəxri ada görə lazımi məbləğdə təqaüd də verir…
Bəs «Əməkdar jurnalist» Fəxri adının təqaüdü nə qədərdir?
Biz buna da aydınlıq gətirdik. Bəli, dövlət fəxri ada layiq bilinən şəxslərin əməyinin qiymətləndirilməsinə də diqqət yetirir, qayğı ilə yanaşır. Bəs biz jurnalistlər dövlətin bu diqqətinə hansı əmək məhsuldarlığı ilə cavab verir? Niyə uzağa gedirik, elə 2020-ci ilin 44 günlük müharibəsini yada salaq. Xarici ölkələrdən Azərbaycana qərəz dolu jurnalistlərin qarşısına niyə illər uzunu KİVDF adlı qurumun xətti ilə dövlətdən yüz min manatlarla pul alan qəzetlərin «Əməkdar jurnalist»ləri deyil, Prezident İlham Əliyev çıxmalı idi?!
Təsəvvür edirsinizmi, Prezident İlham Əliyevin Sərəncamları ilə «Əməkdar jurnalist» Fəxri adını almış, «Tərəqqi» medalları ilə sinəsini bəzədən jurnalistlər susur, ölkənin Ali Baş Komandanı müharibə qayğılarını bir kənara qoyub bu «əməkdar»ların əvəzinə əcnəbi jurnalistlərin qərəzli suallarına cavab verməli olurdu. Eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyev!
Budur, «Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı»nda (22 fevral 2018) deyilir: «Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:
- Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 (yüz əlli) manat, “Əməkdar” fəxri adı üçün 100 (yüz) manat müəyyən edilsin.
- “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454) 1-ci hissəsinin birinci abzasında “100 manat” sözləri “150 manat” sözləri ilə, “60 manat” sözləri “100 manat” sözləri ilə əvəz edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2018-ci il».
***
Yəni, əvvəllər 80 manat aylıq təqaüd alan «Əməkdar jurnalist»lər 2018-ci ildən bəri ayda 100 manat alır.
Olsun! Alsınlar… Amma bu hansı qanuna, kitaba və insafa sığır ki, necə deyərlər, hər gün qarışqa kimi çalışıb zəhmət çəkən, peşəkar yazıları ilə gündəmdə olan… «Əməkdar jurnalist» də 100 manat təqaüd alsın, 10-20 ildir bir məqaləsi belə diqqəti çəkməyən, qarğıdalı, taxıl, quzu iyi verən… xəbərləri yazan da?! Biz hələ bunu da yazmayan, ağzına su alıb susanları demirik… Və onu da demirik ki, həqiqətən də yüksək peşəkarlıq nümunəsi olan nə qədər jurnalist var ki, bu ada layiq görülməyib, deməli, bu təqaüdü də almır.
Xarici mətbuatda məqaləsi dərc olunan «Əməkdar jurnalist»imiz varmı?
Bu suala da təəssüflər olsun, cavab tapa bilmədik. Ola bilər kimsə desin ki, xarici dil bilmirəm. Amma ən azından, əvvəla, peşəkarlıq imkan verirdisə, KİVDF-dən alınan vəsaitlərdən, yaxud «Əməkdar jurnalist» təqaüdündən az bir məbləği tərcümə xidmətinə yönəldib Azərbaycanın haqq səsini xarici auditoriyaya çatdırmaq çətin idimi? Yaxud, Türkiyə mediasında bunu etmək doğrudanmı çətin idi?! Hansı ki, Türkiyə mediası 44 günlük müharibə vaxtı təmənnasız olaraq, qardaş diqqəti ilə bu işi görürdü. Biz elə edə bilərdik ki, onların informasiya qıtlığı da olmazdı. Tərcüməyə də ehtiyac yox idi. Etdikmi? Yox! Niyə etmədik? Bəlkə edə bilmirdik??? Əsla! Mümkün idi.
Yeri gəlmişkən, Medianın İnkişafı Agentliyi iki ilə yaxındır təsis edilib və artıq xarici dilli jurnalistlərin yetişdirilməsi üçün çoxsaylı layihələrə könül verib. Bu layihələrin həyata vəsiqə alması Azərbaycan jurnalistikasının məhsuldarlığına bir töhfə olacaq. Bui ş təqdirəlayiqdir.
***
Beləliklə, Azərbaycanın «Əməkdar jurnalist» Fəxri adını almışların təkmil siyahısını təqdim edirik (Siyahıda adına rast gəlməyənlər bildirsinlər):
1990
Nəsir Əsəd oğlu İmanquliyev (1911-1998)
1991
Elxan Hacıağa oğlu Əliyev — 04.05.1991[1]
Vahid Həbib oğlu Bağırov — 04.05.1991[1]
Altay Qulam oğlu Zahidov — 04.05.1991[1]
Hidayət Əhməd oğlu Səfərli — 04.05.1991[1]
Dilbər Tofiq qızı Axundzadə — 22.07.1991[2]
Sona Bəhrəli qızı Bağırova — 22.07.1991[2]
Rüstəm Duman oğlu Əzizov — 22.07.1991[2]
Nazim İbrahim oğlu Əhmədov — 22.07.1991[2]
Əminə Yusif qızı Əhmədova — 22.07.1991[2]
Tofiq Ovsadoviç Məmmədov — 22.07.1991[2]
Ağababa Səməd oğlu Rzayev — 22.07.1991[2]
Ziyəddin Kamal oğlu Sultanov — 22.07.1991[2]
Yaşar Əbdülrəhman oğlu Xəlilov — 22.07.1991[2]
Nadir Rza oğlu Xəlilov — 22.07.1991[2]
Bəbir Qüdrət oğlu Hüseynov — 22.07.1991[2]
Asim Qulu oğlu Cəlilov — 22.07.1991[2]
Salis Məmmədsani oğlu Məmmədov-23.10.1991[3]
1992
Alı Mustafa oğlu Mustafayev (ölümündən sonra) — 14.04.1992[4]
Vasif Həzərxan oğlu Səmədov — 25.04.1992[5]
Hüseyn Məmmədxan oğlu Həsənov — 04.05.1992[6]
İlyas Xıdır oğlu Adıgözəlov — 06.11.1992[7]
İbrahimov Sadıq Qurbanqulu oğlu (Sadıq Elcanlı) - 06.11.1992[7]
2005
Abbasov Aqil Məhəmməd oğlu — 21.07.2005[8]
Abbasov Famil Qulam oğlu — 21.07.2005[8]
Abbasov Zakir Mahmud oğlu — 21.07.2005[8]
Abbasov Fazil Famil oğlu — 21.07.2005[8]
Axundova Elmira Hüseynovna — 21.07.2005[8]
Aslanov Qədir Təyyar oğlu — 21.07.2005[8]
Babayev Nurəddin Məmmədəli oğlu — 21.07.2005[8]
Cabbarov Xəlil Əliabbas oğlu — 21.07.2005[8]
Cabbarov Zeytulla Əbdül oğlu — 21.07.2005[8]
Cəbiyev Rizvan İsrafil oğlu — 21.07.2005[8]
Əsədov Habil Əsəd oğlu — 21.07.2005[8]
Əsgərov Ağabəy Məmməd oğlu — 21.07.2005[8]
Həsənov Həsən Zal oğlu — 21.07.2005[8]
Həsənova Mədinə Eylaq qızı — 21.07.2005[8]
Hüseynzadə Rəhim Məmməd oğlu — 21.07.2005[8]
Xəlilov Mövsüm Miriş oğlu — 21.07.2005[8]
İmanov Rafiq Hüseyn oğlu — 21.07.2005[8]
Qaçayev İttifaq Məmmədcan oğlu — 21.07.2005[8]
Quliyeva Qəmər Məhərrəm qızı — 21.07.2005[8]
Qurbanova Nərgiz Əhməd qızı — 21.07.2005[8]
Məlikov Qüdrət Balakişi oğlu — 21.07.2005[8]
Məmmədov Firudin Müzəffər oğlu — 21.07.2005[8]
Mirqədirov Rauf Həbibulla oğlu — 21.07.2005[8]
Morozkov Vladimir Nikolayeviç — 21.07.2005[8]
Nəbili Mahir Məhəmməd oğlu — 21.07.2005[8]
Niyazov Xalid Qüdrət oğlu — 21.07.2005[8]
Novruzov Kazım Hüseyn oğlu — 21.07.2005[8]
Paşayev Cəfərqulu Əli oğlu — 21.07.2005[8]
Rəhimzadə Vüqar Gəncəli oğlu — 21.07.2005[8]
Rüstəmov Fariz Zal oğlu — 21.07.2005[8]
Rüstəmov İbrahim İbad oğlu — 21.07.2005[8]
Rüstəmov Rüstəm Məhəmmədəli oğlu — 21.07.2005[8]
Rüstəmov Tahir Aydın oğlu — 21.07.2005[8]
Sadıqov Bəxtiyar Yusif oğlu — 21.07.2005[8]
Şulman Viktor Semyonoviç — 21.07.2005[8]
Şıxlinski Elçin İsmayıl oğlu — 21.07.2005[8]
Talışinski Rauf Rəfail oğlu — 21.07.2005[8]
2008
Bayramov Oqtay Nəsib oğlu — 05.03.2008[9]
Əzimov Abas Əzim oğlu — 05.03.2008[9]
Nuriyev Yaqub Qayıbqulu oğlu — 05.03.2008[9]
Qonaqova Əntiqə Güləmməd qızı - 27.09.2008 [9]
2009
Mehdiyev Qərib Qasım oğlu (Qəbələ)
Məmmədov Hüseyn Həmdulla oğlu (FHN)
Qabil Sabir oğlu Mehdiyev (İdman Nazirl.)
Mehdiyev Qabil Sabir oğlu - 22.12.2009
Fərəcov Əli Yusif oğlu - 22.12.2009
2010
Abışova Vüsalə Mahir qızı
Amaşov Əflatun Əhməd oğlu
Çaladze Tatyana Yevqenyevna
Əhmədli Nəsir Abbas oğlu
Əhmədov Namiq Qədim oğlu
Əliyev Əbülfət Mədət oğlu
Əliyeva İradə Əbdül qızı
Əliyev Nair Ramiz oğlu
Əskərov Ramiz Baxşəli oğlu
Fərəcov Rafiq Ocaqqulu oğlu
Fərzullalı Zahid Səfər oğlu
Hacıyev İsmayıl Alış oğlu
Hətəmli Baxşeyiş Abbas oğlu
Həziyev Bahəddin Musa oğlu
Hüseynov İlqar İqbal oğlu
Hüseynova Gültəkin Knyaz qızı
İsmayılov Dağbəyi Mirzəxan oğlu
İsmayılov Musa Fehruz oğlu
Kərimov Yusif Abbas oğlu
Kərimova Şəmsiyyə Musa qızı
Qafarov Telman Hüseyn oğlu
Qaradağlı Vüqar Aydın oğlu
Quluyev Mikayıl Nəriman oğlu
Məcidov Şamil Curxan oğlu
Məmmədov Elman Telman oğlu
Məmmədov Hikmət Baba oğlu
Məmmədov Məmməd Yarəli oğlu
Məmmədov Natiq Adil oğlu
Məmmədov Tahir Tais oğlu
Məmmədova Pakizə Göyüş qızı
Nəbiyev Fərman Bəhram oğlu
Nəsirov Akif Təvəkkül oğlu
Paşazadə İlqar Tahir oğlu
Rəhmanov Cəmaləddin Ələm oğlu
Sevzixanov Vidadi Səvzixan oğlu
Şükürov İdris Muti oğlu
Tağızadə Şükufə Yusuf qızı
Zeynalov Zeynalabdin İsmayıl oğlu
İsmayılov Eldar Ələsgər oğlu- 20.09.2010
***
“Əməkdar Mədəniyyət İşçisi”
Abbas Tapdıq Əlikişi oğlu
Abdinov Tofiq Məhərrəm oğlu
Abdullayev Adil Qüdrət oğlu
Babayev Adil Firudin oğlu
Babayev Ağasəf Malik oğlu
Əliyev Yaşar Məmmədəli oğlu
Əliyeva Ruqiyyə Nəriman qızı
Əliyeva Zöhrə Qulamhüseyn qızı
Xayrulin Farix Xabibullayeviç
Məmmədov Afət Sadıx oğlu
Məmmədov Allahverdi Paşa oğlu
Mirzəyev Umud Rəhim oğlu
Oğuz Yunus İsaxan oğlu
Rzayev Bəyəli Səfa oğlu
Rzayeva Elmira Ağamalı qızı
(Davamı var)
Asif MƏRZİLİ
P.S.Fəxri ad almış ayrı-ayrı jurnalistlərin əmək məhsuldarlığı, yəni aldıqları Fəxri adlara nə dərəcədə layiq olub-olmadıqları barədə ayrıca bəhs ediləcək… Professor Qulu Məhərrəmlinin bu barədə də olduqca maraqlı açıqlaması var…
(Yazl Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst.6.3.2).