"Ermənistanın Baş naziri Paşinyan Soros Fondunun maliyyə dəstəyi ilə, ABŞ-nin diplomatik korpusunun dəstəyi ilə hakimiyyətə gətirildi.

Hakimiyyətə gəldiyi gündən ABŞ-dən aldığı təlimat əsasında siyasət yürütməyə başladı və hazırda Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin körüklənməsini də başda ABŞ olmaqla Qərb koalisiyası Paşinyan üzərindən həyata keçirir".

 Bu fikirləri tezadlar.az- a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib: "Paşinyanın əlini gücləndirməyə çalışırlar. Son vaxtlar Paşinyan artıq Qərbin verdiyi təlimatları olduğu kimi həyata keçirməkdə çətinlik çəkir. Çünki, Paşinyan həm qonşu respublikalar, həm də Rusiya tərəfindən təzyiqlərə məruz qalır. Paşinyanın ABŞ-dən aldığı təlimata görə Rusiya ilə körpüləri yandırmalı və Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməlidir. Təbiidir ki, Paşinyanın bu cür siyasətinə Rusiya tərəfindən adekvat cavablar var. Əvvəllər Paşinyana qarşı Rusiya KİV-də ekspertlər, siyasi xadimlər tərəfindən cavab verilirdisə, indi artıq rəsmi Kreml tərəfindən cavablar verilir. Hətta ultimatum bəyanatlar səsləndirilir. Ermənistanın indiki durumu elə bir vəziyyətə gətirilib ki, Paşinyanın avantürist siyasəti nəcitəsində xaos vəziyyəti yaranıb. Ermənistanda artıq bütün strukturlarda ABŞ-nin kadrları yerləşdirilib. Ermənistan ABŞ tərəfindən klonlaşdırılıb. Paşinyan artıq Qərbdən gələn təlimatları həyata keçirməkdə zəiflik göstərir. Belə olan təqdirdə, Paşinyanın yerinə Qərbin alternativ kadrları var. Xüsusilə də Təhlükəsizlik Şurasının katibi bu prosesdə çox aktiv rol oynayır. Müntəzəm şəkildə ABŞ-də istər Mərkəzi Kəşfiyyat İdarəsində, istər Pentaqonda, istər ABŞ-nin digər qurumlarında danışıqları aparan Təhlükəsizlik Şurasının katibidir. Hesab edirəm ki, Paşinyan ABŞ-dən gələn təlimatları olduğu kimi həyata keçirməsə, Rusiya qarşısında royal addımlar atarsa, bu zaman Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prosesi başlayacaq. Təhlükəsizlik Şurasının katibini də ABŞ yenidən hakimiyyətə gətirəcək ki, ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz edə bilsin. Ümumilikdə Ermənistanda hakimiyyətin dəyişilməsi dolayısı ilə Cənubi Qafqaz respublikalarının, ümumiyyətlə regionun stabilliyini pozmaqdadır. Ona görə ki, ABŞ Cənubi Qafqaza girib və Cənubi Qafqaz respublikalarını Rusiya əlehinə istifadə etmək istəyir. Xüsusilə də Azərbaycana Ermənistan üzərindən təzyiq edir. Avropa təşkilatları, xüsusilə də AŞPA-da qəbul olunan qərarlar da məhz Azərbaycana təzyiq etmək mexanizmlidir. İstər ABŞ, istər Avropa Birliyinə daxil olan dövlətlər-Fransa, Almaniya olsun, Ermənistanı Azərbaycan əlehinə istifadə etmək istəyirlər. Təbiidir ki, Paşinyan apardığı siyasət, onun siyasi təfəkkürü, dövlətçilik təcrübəsi kifayət qədər qənaətbəxş deyil. Paşinyan alət kimi istifadə olunur. Paşinyan erməni xalqının rəhbəri kimi yox, Amerikanın səfiri kimi davranır. Amma proses onu göstərir ki, Paşinyan və qədər özünü Amerikanın kadrı kimi aparsa da, Amerikadan gələn təlimatları olduğu kimi həyata keçirməkdə çətinlik çəkir. Bu baxımdan hesab edirəm ki, ABŞ yeni kadrını dövrəyə buraxacaq, erməni cəmiyyətini yenidən xaosa sürükləyəcək və Cənubi Qafqazda gərginlik ocağı yaratmaq niyyətindədir. Ümumilikdə ABŞ Cənubi Qafqazda xaos yaratmaqla, regionda qarşıdurmanı körükləməklə region dövlətlərinin bir araya gəlməsinə maneəçilik törətmək istəyir. Regionun inkişafı və tərəqqisi üçün 3+3 formatı ideyası var. Təbii ki, bu 3+3 formatının da həyata keçirilməsi üçün mütləq şəkildə Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməlidir. Sülh sazişi olmayınca bu formatın həyata keçirilməsi real deyil. Eyni zamanda 3+3 formatının yaranması və inkişafı ABŞ və Qərb koalisiyasının Cənubi Qafqaza girməsinin qarşısını ala bilər. Bu baxımdan Cənubi Qafqazda Ermənistan üzərindən xaos yaratmaq və bu formatın baş tutmaması üçün ABŞ Ermənistanda kadr dəyişikliyi etmək istəyəcəkdir. Hesab edirəm ki, Ermənistanda kadr dəyişikliyi yeni xaosun başlanması deməkdir".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN