Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmaqdadır.
“Delta” ştammı indiyədək artıq 85 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu ştammla bağlı artıq həyəcan təbili çalır. Çünki bu növün digərlərinə nisbətən daha sürətli yayıldığı və ölümcül olduğu bildirilir.
Bu ştammda insanlar eşitmənin itirilməsi əlaməti ilə qarşılaşırlar. Bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır. Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.
“Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.
Təhlükəli ştamm Azərbaycana qonşu ölkələrdə Türkiyə, Rusiya, Gürcüstan və İranda sürətlə yayılmağa başlayıb. Bu da o deməkdir ki, Delta ştammının Azərbaycan üçün riski qaçılmazdır.
Mütəxəssis qeyd edib ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərə yenidən baxmaq lazımdır: “Situasiyaya uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə qapalı məkanlarda karantin qaydalarınını tələblərinə ciddi əməl edilməlidir. Delta ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki COVID-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin Delta uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından Azərbaycanda da olması yaxud olacağı ehtimalı böyükdür. Delta ştammının sürətlə yayılması böyük narahatlıq doğurur”.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi. Bu günə qədər ölkədə 335 961 nəfər COVID-19-a yoluxub. Onlardan 330 193 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 973 nəfər dünyasını dəyişib.
ELBAR