ZƏFƏR GÜNÜ
Gəldi zəfər günümüz.
Daşdan keçir sözümüz.
Ana vətən yolunda,
Candan keçdik , özümüz
Dəmir yumruq oynadı.
Düşmən qana boyandı.
Qarabağ Azərbaycandı!
Şüar oldu, sözümüz.
Sıxlaşdıq yumruq olduq.
Vüqarla önündə durduq.
Sancdıq Şuşaya bayraq.
Aydin oldu, gözümüz.
Yaşa, ey vətən, yaşa.
Ayağın dəyməz daşa.
Mərd komandan,mərd əsgər.
Sizə qurban, gözümüz.
Muxtaram, arzularam.
Dosta namə yazaram.
Qəbul etsə, sağ olsun.
Var üz-üzə, sözümüz
Muxtar ƏZİMOV