Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

TEZADLAR.AZ DVX-nə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 85.209 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar ayında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN