Amerika şirkəti Dish Network dünyada ilk dəfə kosmik zibillərə görə cərimələndi.
Öz ömrünü başa vurmuş peykdən şirkət heç vaxt yaxasını qurtara bilmədi...
TEZADLAR.AZ xəbər verir ki, məlumatı The Guardian paylaşıb.
Beləliklə, peyki vaxtında utilizasiya etmədiyinə görə Dish Network ABŞ-ın Federal rabitə komissiyasına 150 min dollar cərimə ödəməli olacaq.
Qeyd edək ki, EchoStar-7 peyki 2002-ci ildə buraxılıb.
2012-ci ildə imzalanan müqaviləyə görə peyk istismar müddəti bitdikdən sonra Yer kürəsindən daha 300 kilometr hündürlüyə qaldırılacaq və orada əbədi qalacaq.
Ancaq məlum olub ki, peyki "dəfn etmək" üçün orbitə çıxarmağa kifayət qədər yanacağı yoxdur və o cəmi 122 kilometr yüksəkliyə qaldırılıb.
İndi köhnəlmiş peyk yeni kosmik obyektlərin buraxılması üçün təhlükə yaradır.
ABŞ-ın Federal rabitə komissiyası yerə yaxın fəzanın çirklənməsi ilə, o cümlədən maliyyə vəsaitləri vasitəsilə mübarizə aparmaq niyyətindədir.
Onun sədri Jessica Rosenvorselin sözlərinə görə, hazırda yer kürəsinin başı üzərində minlərlə ton orbital tullantı var və onların miqdarı artmaqda davam edir.
Və heç bir tədbir görülməsə, bu zibil yığınları gələcəkdə bir sıra dövlətlərin kosmik proqramlarının həyata keçirilməsinə mane ola bilər.
JASMİN