Bakıda ötən gün daha bir mühüm problemlərin həllinə hesablanmış tədbir həyata keçirilib...

Belə ki, 29-30 noyabr tarixlərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə növbəti seminar təşkil edilib. Tədbirin Təşkilat Komitəsindən "Təzadlar"a bildirilib ki, bu tədbir Avropa İttifaqının “EU4Energy” proqramının II mərhələsi - “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində keçirilib. İki gün davam edən seminarda sözügedən beynəlxalq qurumun ekspertləri elektrik və qaz təchizatı şəbəkəsində xidmət keyfiyyətinin, etibarlılığının və dayanıqlığının qiymətləndirilməsi, habelə texniki və kommersiya keyfiyyəti, eləcə də təchizat davamlılığı ilə bağlı Avropa təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər. Seminar zamanı təqdim olunan mövzular ətrafında birgə fikir mübadiləsi aparılıb. Təkliflər aidiyyəti üzrə dövlət qurumlarına təqdim ediləcək...

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN