İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.

Bu barədə “Armenpress” agentliyinə yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan məlumat verib.

“Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib. Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi məsələsi üzrə məsləhətləşmələr dekabrın ortalarında planlaşdırılır”, - o qeyd edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikada yayımlanan Rusiya telekanallarının müqavilənin müəyyən bəndlərini pozduğunu, İrəvanın vəziyyəti həll etmək üçün Moskva ilə məsləhətləşmələr apardığını bildirmişdi.

Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 23-də Birinci Kanalda “Ermənistan Respublikasının yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatların səsləndirildiyi” televiziya proqramının yayımlanması ilə əlaqədar Rusiyanın İrəvandakı səfiri bildirib. Sergey Kopırkin respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb”.

Qeyd edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, “Mədəniyyət” və RTR-Planeta ictimai multipleks vasitəsilə təkrar yayımlanır. Ermənistanda həmçinin mərkəzi ofisi Moskvada olan dövlətlərarası “Mir” telekanalı da yayımlanır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN