ABŞ qanunvericiləri TikTok-u qadağan edən qanun layihəsi hazırlayıblar.

TEZADLA.AZ xəbər verir ki, ABŞ qanunvericiləri Tiktok-un sahibi olan Çinin ByteDance şirkətinin ya sosial şəbəkədən imtina etməli olacağı, ya da platformanın ABŞ-da qadağan olunacağı qanun layihəsini təqdim ediblər.

 Bu barədə Hill məlumat yayıb.

 "Qanun layihəsi, TikTok-un Çin ana şirkəti olan ByteDance-i proqramdan imtina etməyə məcbur edəcək...  ya da ABŞ-da platformanın qadağası ilə üzləşəcək", - deyə nəşr vurğulayır.

 Sənədin müəllifləri Amerika Konqresinin Nümayəndələr Palatasında Çin Kommunist Partiyası üzrə xüsusi komitəsinin sədri Mayk Qallager və ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Raca Krişnamurtidir.

 Nəşrin yazdığına görə, qanun layihəsində TikTok və ByteDance-in “xarici düşmən tərəfindən nəzarət edildiyi” bildirilir.

 Qeyd edək ki, TikTok Çinin ByteDance şirkətinə məxsus qısa videolar yaratmaq və onlara baxmaq üçün proqramdır. O 2018-ci ildə istifadəyə verilib.

 TikTok-un baş direktoru Çjou Şoutszinin sözlərinə görə, ABŞ-da sosial şəbəkənin 100 milyondan çox istifadəçisi var.

Xatırladaq ki, Azərbaycanda da Tik-Tok istifadəçiləri çoxdur. Və çox təəssüf ki, burada bir çoxu xoşagəlməz, adət-ənənəmizdən kənar, zərərli  paylaşımlar edilir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN