Türkiyənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN ikinci uçuşunu uğurla həyata keçirib.
TEZADLAR Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Müdafiə Sənayesi Departamenti (SSB) milli döyüş təyyarəsi KAAN-ın ikinci uçuşunda 14 dəqiqə havada qaldığını və 10.000 fut yüksəklikdə 230 düyün sürətə çatdığını bildirib.
SSB-nin KAAN-ın ikinci uçuşu ilə bağlı verdiyi açıqlamada bunlar qeyd olunub: "Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə Hərbi Hava Qüvvələri Komandanlığının döyüş təyyarələrinə ehtiyacını qarşılamaq məqsədilə Türkiyə Hava və Kosmik Sənayesi (TAİ) tərəfindən hazırlanmış Milli Döyüş Təyyarəsi KAAN Layihəsi çərçivəsində ikinci uçuş uğurla həyata keçirilib".