Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət ünvanlayıb.
TEZADLAR.AZ xəbər verir ki, müraciətdə deyilir:
“Övladlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün yalnız sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqqında məlumatlı olun. Şifrə olaraq, mürəkkəb şifrə seçməkdə uşaqlara yaxından kömək edin” , - deyə müraciətdə bildirilib.