"Bu günü çoxdan gözləyirdik" - səfir Elison Lekler
Bunu Kanadanın xarici işlər naziri Melani Coli sosial şəbəkə hesabında bildirib. Kanadanın Ermənistandakı fəxri konsulluğunun açılış mərasimində Kanadanın Ermənistandakı səfiri Elison Lekler (iqamətgahı Moskvada), Kanadanın fəxri konsulu Vardces Avaqyan, Ermənistan Xarici İşlər Nazirliyinin Amerika ölkələri departamentinin rəhbəri Armen Yeqanyan və digər qonaqlar iştirak ediblər.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Elison Lekler Ermənistan və Kanada arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini və Kanada konsulluğunun açılışını simvolik adlandırıb.
"Kanadanın 1997-ci ildən Ermənistanda konsulluğu fəaliyyət göstərir, onun məqsədi Ermənistanda yaşayan, təhsil alan və səyahət edən kanadalılara yardım etmək idi. Son illərdə boşluq var idi və Ermənistanda konsulluğa malik deyildik. Bu günü çoxdan gözləyirdik və axır ki, bu gün gəlib çatdı. Bu gün konsulluğun açılması müəyyən insanların, strukturların əməkdaşlığı və səyləri olmadan mümkün olmazdı.
Konsulluğun açılmasında əməyi olan bütün insanlara, xüsusən də Ermənistanın Kanadadakı səfiri olmuş, Xarici İşlər Nazirliyinin Amerika ölkələri departamentinin rəhbəri Armen Yeqanyana təşəkkür etmək istəyirəm”, - Kanada səfiri bildirib.
Səfir həmçinin xatırladıb ki, Kanadanın xarici işlər naziri Melani Coli bu yaxınlarda Ermənistanda Kanada səfirliyinin açıldığını elan edib.
***
Xatırladaq ki, Kanada da 60 mindən çox erməni yaşayır. 44 günlük Vətən müharibəsində Kanadadan da erməni muzdluları Azərbaycana qarşı döyüşməyə gəlirdilər. Dəfələrlə Kanadadakı ermənilər soydaşlarımıza, türklərə qarşı hücumlar ediblər.
Qeyd edək ki, Azərbaycan ilə Kanada arasında diplomatik münasibətlər 10 iyul 1992-ci ildə qurulub. Azərbaycanın Kanadada Səfirliyi 2004-cü ilin sentyabr ayında təsis olunub. Kanadanın Türkiyə Respublikasındakı Səfirliyi, eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur. Azərbaycanın Kanadada Fəxri Konsulluğu mövcud deyil.
Y.MƏMMƏDLİ