Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.

Bu barədə TRT-yə Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, mərasim iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Şəhidlərimizin ruhuna dualar oxunub.

İyirmi Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanışlıq olub.

Baş konsul Nuru Quliyev, Qars valisi Türkər Öksüz və Qafqaz Universitetinin dosenti Yaşar Kop çıxışlarında keçmiş Sovet İttifaqı rəhbərliyinin 33 il əvvəl Azərbaycana qarşı törətdiyi hərbi cinayətin səbəb və məqsədlərindən bəhs ediblər.

Vali Türker Öksüz tədbirdə etdiyi çıxışında “Qara Yanvar” hadisələrinin millətin ən ağrılı səhifələrindən biri kimi tarixə düşdüyünü bildirib.

Ağrılı və hüznlü bir gündə bir araya gəldiklərini bildirən Öksüz, "33 il əvvəl, 1990-cı ilin 20 Yanvarında uşaq, gənc, kişi, qadın, qoca demədən azərbaycanlı qardaşlarımıza qarşı amansız qətliam edildi. Lakin, müüstəqilliyə vurğun olan türk və müsəlman qardaş və bacılarımızın arzusu sadəcə müqəddəs vətənləri olan Qarabağın zorakılıqla əllərindən alınmasına mülki yolla sivil yolla zorla alınmasına etiraz etmək idi" deyib.

Bu faciənin insanlığa qarşı törədildiyini vurğulayan Öksüz deyib:

"Təəssüflər olsun ki, bu qanunsuz və qeyri-insani qətliam özünü "mədəni" adlandıran dünyanın gözü qabağında həyata keçirilib. Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı azadlıqdan, müstəqillikdən heç vaxt vaz keçməyəcəyini, bu müqəddəs məqsəd uğrunda canlarından belə keçməyə hazır olduqlarını, bu qırğınla bütün dünyaya məruz qaldıqlarını bir daha bəyan etdi. Bir millət, iki dövlət, olan Türkiye və Azərbaycanın hər zaman. hər sahədə göstərdiyi mübarizəsi, həmrəyliyi, köməkləşməsi təqdirəlayiqdir. Bilinməlidir ki, Türkiye və Azərbaycan tarix boyu iki dost və qardaş ölkə olub və elə də qalacaqdır. Türkiye ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlığın bundan sonra da davam edəcəyinə tam inanırıq. Dost və qardaş Azərbaycanla ortaq ağrımız olan Qara Yanvarı və məruz qaldığımız digər qırğınları heç vaxt unutmayacağıq”.

Nuru Quliyev isə bildirib ki, Azərbaycan tarixində ağrı-acı ilə “Qara Yanvar” kimi xatırlanan 20 Yanvar Azərbaycanın müstəqillik mübarizəsinin başlanğıcı, Sovet İttifaqının dağılmasının başlanış tarixidir.

Quliyev Azərbaycan türklərinin yaşadığı qətliamın dünya durduqca xatırlanacağını və yeni nəsillər üçün yaşadılacağını bildirib:

"Çoxlu qan töküldü, çoxlu gənclərimiz, xalqımız, əsgərlərimiz şəhid oldu. Amma ən əsası odur ki, tökülən qanlar, şəhidlərin qanı yerdə qalmadı. Biz artıq 1991-ci ildən bu yana 32 ildir müstəqil dövlətin mənsubuyuq və dövlətimizlə fəxr edirik. 2 ildən artıqdır ki, xarici güclərin dəstəyi ilə işğal altında olan Qarabağımızı azad etdik".

Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Türkiyenin yerli hakimiyyət orqanlarının rəhbərləri, Qafqaz Universitetinin professor, müəllim və tələbələri mərasimdə iştirak ediblər.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN