Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

TEZADLAR.AZ xəbər verir ki, Masazır qəsəbəsi Zəngilan şəhərciyində yerləşən Zəngilan Rayon İcra Hakimiyyətində baş tutmuş görüşdə icra başçısı Ramiz Həsənov, Zəngilan rayonu ziyalıları, ağsaqqallar və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mütəmadi olaraq Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezidentin xüsusi nümayəndəsi ölkə başçısının Zəngilana son səfərindən, Prezident İlham Əliyevin ona verdiyi tapşırıqlardan danışıb. Əhalinin ardıcıl şəkildə köçürülməsi üçün hazırda Zəngilanda görülən bərpa-quruculuq işləri, planlaşdırılan layihələr haqqında geniş məlumat verən Vahid Hacıyev, həmçinin Zəngilanın dayanıqlı inkişafı üçün müəyyən olunmuş prioritet istiqamətlərdən də danışıb.

Çıxış edən Zəngilan rayon ziyalıları, ilk növbədə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin Zəngilan rayonunun bərpası və yenidənqurulması, tez bir zamanda öz doğma ata-baba torpaqlarına qayıtmaları üçün əllərindən gələn köməkliyi göstərməyə hazır olduqlarını vurğulayıblar.

AzərTac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN