Ankara Helsinkinin alyansa daxil olması üçün Stokholmdan ayrıca müraciətinə baxacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın bu proses İsveçlə paralel getməyəcəyi təqdirdə, Finlandiyanın NATO-ya üzvlük müraciətinə “müsbət baxmağa” hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, indi alyans yuxarıdakı dövlətlərin təşkilata daxil olması üçün birgə prosesi görmək istəyir. Bununla belə, o vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fərdi müraciətlərlə bağlı qərar veriləcəyi təqdirdə Helsinkinin müraciətinə “müsbət baxacaq”.

Xatırladaq ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi ötən ilin mayında başlayıb. Türkiyə ilə yanaşı, müraciət Macarıstan tərəfindən də təsdiqlənməyib. Ankara Türkiyədə qadağan olunmuş PKK nümayəndələrinin Skandinaviya ölkələrindən ekstradisiyasını istəyir, lakin bu yaxınlarda Türkiyə hakimiyyəti Danimarka millətçisi Rasmus Paludan tərəfindən Türkiyə səfirliyinin qarşısında “Qurani-Kərim” sonra İsveçə dəstək verməyi planlaşdırmadıqlarını açıqlayıb. Həmçinin Türkiyə, İsveç və Finlandiya arasında fevral ayında keçirilməsi planlaşdırılan üçtərəfli görüş də təxirə salınıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN