“Boş torpaq sahəsində dərhal yaşayış kompleksi peyda olur, halbuki daha çox ictimai yerlərə, yaşıllıqlara və piyada küçələrinə ehtiyac var.”
Paytaxtın inkişafı ilə bağlı keçirilən müşavirədə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev qeyd edib ki, Astananı yaşamaq üçün rahat şəhərə çevirmək lazımdır.
"Biz şəhər mühitinin inkişafı konsepsiyasına yenidən baxmalıyıq. Bu gün şəhərdə parkların çatışmazlığı hiss olunur, sakinlərin rahat gəzintiləri və istirahəti üçün yerlər azdır. Təəssüflər olsun ki, bu məsələni həll etmək əvəzinə, amirlik obyektlərin tikintisinə icazə verir. Boş torpaq sahəsində dərhal yaşayış kompleksi peyda olur, halbuki daha çox ictimai yerlərə, yaşıllıqlara və piyada küçələrinə ehtiyac var. Şəhəri planlaşdırarkən bütün bunlar əvvəlcədən nəzərə alınmalıdır. Məqsədimiz paytaxtı ilin istənilən vaxtında vətəndaşlarımız və xarici qonaqlar üçün rahat etmək, Astananın görünüşünü mümkün qədər yaxşılaşdırmaqdır”, - deyə prezident Tokayev bildirib.
Prezident paytaxtın estetik görkəminin də qorunub saxlanılmasının vacibliyini vurğulayıb və bir çox tikintisi aprılmış obyektlərin qətiyyən bir-biri ilə uyğunlaşmadığını da diqqətə çatdırıb.
JASMİN