"Bloomberg"agentliyi Aİ-dən getmısinin Krallığa hər il 124 milyard dollara başa gəldiyini iddia edib...
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması (“Brexit”) investisiyaların və ticarət gəlirlərinin azalması, eləcə də işçi itkisi səbəbindən ölkə iqtisadiyyatına hər il 100 milyard funt-sterlinqə (124 milyard dollar) başa gəlir. Bu iddiayla “Bloomberg” agentliyi çıxış edib.
Agentliyin məlumatına görə, ölkə Avropa İttifaqından çıxmasaydı, 2022-ci ilin sonunda ümumi daxili məhsulunun (ÜDM) həcmi indikindən 4% çox olardı. Bildirilir ki, Krallıq Aİ-dən olan, təxminən 370.000 işçisini də itirib. İqtisadçılar Ana Andrade və Dan Hanson Böyük Britaniyanın 2016-cı ildə Aİ-dən çıxmaq üçün səs verərkən özünə zərər verdiyini bildirib.
***
Xatırladaq ki, Birləşmiş Krallıq artıq 3 ildir ki, Aİ- ni tərk edib.
Ölkənin o zamankı Baş naziri Boris Conson səsvermədən əvvəl xalqa müraciət edib və çıxışında "Brexit"in son deyil, yeni başlanğıc olduğunu bildirib.
Qeyd edək ki, “Brexit” Britaniyanın 28 üzvlü Avropa İttifaqından çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. “Brexit” sözü Yunanıstanın Avrozonanı potensial tərketmə prosesinə verilmiş “Grexit” sözündən götürülüb.
2016-ilin iyununda britaniyalı seçicilər Aİ-ni tərk etməyə səs verib. Beləki, əhalinin 51,9% Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına, 48,1%-i isə qalmasına səs vermışdi. Hökumətin 29 mart 2019-cu ildə saat 23:00-da ittifaqı tərk etməsi gözlənilirdi. Lakin hakim partiyar arasında yaranan münaqişələr nəticəsində ittifaqdan çıxış tarixi uzadılır. Bunun nəticəsində, ölkədə yeni siyasi münaqişə yaranır və yaranan narazılıq nəticəsində Tereza Mey 24 may 2019-cu ildə istefa verir....
...O zaman Britaniyanın AB-dən çıxmasının tərəfdarları düşünürdülər ki, bu addım Britaniyanı iş yerlərinin açılmasına mane olan qərarlardan azad etməklə yanaşı, ölkənin öz qanunlarını və ticarət tərəfdarlarını seçməsinə imkan yaradacaq. Aİ-nin tərəfdarları isə birlikdə qalmaqla ölkənin qlobal təsir imkanlarının, eləcə də hərbi və iqtisadi təhlükəsizliyini təmin edəcəyini bildirirdi.
İndi isə Krallığın o zamankı seçiminin doğru olub-olmadığı müzakirə olunur...
JASMİN