Müxalif "Gürcüstan Naminə" partiyası rusiyalıların ölkədə vizasız qalma müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini ölkə parlamentinə təqdim edib.
Tezadlar.az xəbər verir ki, bu barədə "RT in Russian" Telegram kanalı məlumat yayıb.
2023-cü ilin yanvarında parlament çoxluğundan olan gürcü deputatlar Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasının ölkə sakinlərinə müsbət təsir edəcəyini bəyan ediblər.
Həmçinin, Gürcüstan Daxili İşlər Nazirliyi 2022-ci ildə təxminən 1,5 milyon rusiyalının Gürcüstan sərhədini keçdiyini bildirib - bu, 2021-ci illə müqayisədə təxminən beş dəfə çoxdur.
E.ŞİRİNOV