Zelenski Belarusun müharibəyə qoşulacağına inanmadığını söyləyib.

Bu gün Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulması riski yüksək deyil. 

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında onlayn iştirakı zamanı deyib.

"Belarus haqqında. Biz inanırıq ki, bu gün belə bir ehtimal yoxdur, yüksək risk yoxdur. Onlar Belarusdan gələ bilərlər, amma çətindir. Belaruslar, anladığımız kimi, Ukraynaya qarşı döyüşmək istəmirlər”, - deyə Zelenski bildirib.

Lakin Ukrayna Prezidenti Kremlin buna çalışacağını da istisna etməyib.

"Ancaq demək istəyirəm ki, bu, Belarusun böyük səhvi olacaq. Böyük tarixi səhv. Çünki onların ərazisindən, Rusiyanın nəzarətində olan bəzi hava limanlarından təyyarə və ya raketlərin uçması bir şeydir, amma əgər sən qəsdən  hücum edib və rus terrorçularına qoşulursansa? bu başqa işdir. Çünki o anda sən terrorçu olursan. Beləliklə də Belarusu Putinin terror rejiminin və bu işğalçılıq müharibəsinin bir hissəsi edirsən”, -deyə mesajını verib.

O, vurğulayıb ki, Belarus bu addımı atarsa, gələcəkdə müharibəni uduzarkən Rusiya ilə yanaşı məhkəmə və tribunalda cavab verməli olacaq...

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

JASMIN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN