Azərbaycanın Baş nazirinin müavini, Operativ Qərargahın üzvü Şahin Mustafayev mayın 1-də quru sərhədlərin açılması ilə bağlı suala aydınlıq gətirib.
Beıə ki, nazir müavini indiki mərhələdə bu barədə məlumat verməyin çətin olduğunu bildirib. Jurnalistlərin mayın 1-də quru sərhədlərin açılması ilə bağlı məlumatlar barədə nə deyə bilərsiniz sualına nazir müavini belə cavab verib: “Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. Vəziyyətə uyğun müvafiq qərar veriləcək. İndiki mərhələdə quru sərhədlərin açılması ilə bağlı dəqiq vaxt demək mümkün deyil”, - deyə o əlavə edib.
Xatırladaq ki, iki gün öncə Gürcüstanın "Business Press News" nəşri quru sərhədlərin mayın 1-də açılması ilə bağlı Azərbaycanın Nazirlər Kabinetində müzakirələr getdiyini və yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi qərar qəbul ediləcəyi barədə məlumat yaymışdı.