Ermənistan hökuməti Moskvada keçirilən turizm sərgisində iştirak etməmə səbəbini açıqlayıb – resursları olmayıb...
Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri erməni turoperatorlarının Moskvada keçirilən “MITT-2023” turizm sərgisində niyə iştirak etmədiyini izah edib.
Nazirin sözlərinə görə, hakimiyyət orqanlarının və turizm şirkətlərinin birdən-birə iki sərgidə iştirak etmək üçün kifayət qədər resursları olmayıb və onlar Berlində keçirilən İTB sərgisinə üstünlük veriblər.
Vahan Kerobyanın erməni mətbuatına verdiyi açıqlamada vurğulayıb ki, onların sadəcə olaraq eyni vaxtda iki böyük sərgidə iştirak etmək üçün kifayət qədər resursları olmayıb – MITT ilə paralel olaraq Berlində də analoji İTB sərgisi keçirilib.
"Niyə biz MITT-də iştirak etməyi seçmədik? İlk növbədə ona görə ki, onlar Almaniyada keçirilən ITB sərgisi ilə üst-üstə düşürdülər. Həm bizim, həm də turoperatorların eyni anda iki yerdə olmaq üçün kifayət qədər resursu yox idi", -deyə o, bildirib.
Hökumətin və turoperatorların niyə Almaniyaya getməsi ilə bağlı suala cavab olaraq siyasətçi izah edib ki, Ermənistana qonaqların gəldiyi ölkələrin sayını artırmaq üçün turist axını şaxələndirilməlidir.
Onun sözlərinə görə, nazirliyin digər məqsədi orta seqment turistlərin payını artırmaqdır, çünki burada hələ də kütləvi bazar hökm sürür və bunun üçün ərəb ölkələrindən və Amerikadan turist cəlb etmək lazımd
Nazir əmin edib ki, erməni turoperatorları Rusiya bazarına hələ də maraq göstərirlər və bu maraq artmaqda davam edir.
JASMİN