Prezident sahibkarlığın inkişafı üçün ədalətli vergi sisteminin qurulmasının vacibliyini açıqlayıb.

***

Bütün deputatların bir vəzifəsi var - hər gün ön sıralarda olmaq, qərarlar qəbul etmək və onlara görə xalq qarşısında məsuliyyət daşımaq. Vətəndaşların maraqlarını səmərəli müdafiə etmək və ölkənin aktual problemlərinin həllinə kömək etmək üçün onlarla effektiv “əks əlaqə” mexanizmlərini qurmaq lazımdır.

Yerli KİV-in məlumatına görə, bu fikri Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev deputatlara müraciətində deyib.

“Əsas prioritetlərimiz vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi, millətin yeni keyfiyyətinin formalaşması və çoxəsrlik dövlətçiliyimizin möhkəmləndirilməsidir. Buna əsaslanaraq, mən bu gün sizə parlamentin gələcək fəaliyyəti ilə bağlı baxışımı təqdim etmək istəyirəm”, - deyə Tokayev bildirib.

Kasım-Jomart Tokayev qeyd edib ki, ilk növbədə sahibkarlıq fəaliyyətini stimullaşdırmaq lazımdır və bunun üçün ədalətli, sabit və şəffaf vergi sistemi formalaşdırılmalıdır.

“Yeni vergi siyasəti modeli milli sərvətin optimal bölüşdürülməsini, iqtisadi fəallığın yüksək səviyyəsini və iqtisadiyyatın prioritet sahələrinə ünvanlı dəstəyi təmin etməlidir. Vergi məcəlləsi və vergi siyasəti aydın və sabit olmalıdır.

Fiskal orqanlar və biznes arasında bütün qarşılıqlı əlaqə prosesi tam rəqəmsallaşdırılmalıdır. Bu, həm sahibkarların həyatını xeyli asanlaşdıracaq, həm də büdcə gəlirlərini sistemli şəkildə artıracaq.

Sahə prioritetlərindən çıxış edərək, dövlət büdcəsinin əsas hissəsini təşkil edən korporativ gəlir vergisi (KGV) və əlavə dəyər vergisi (ƏDV) üzrə dərəcələrin fərqləndirilməsi zəruridir”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda, yüksək gəlirli iri müəssisələr və xammal ixrac edən şirkətlər xəzinəyə daha çox pul ödəməlidirlər, - deyə Tokayev əlavə edib.

“Bu təcrübə dünyada uzun müddətdir və uğurla təsdiqlənib. Və bu ədalətlidir.

Ölkədə vəziyyət kəskin şəkildə dəyişdi. Yeni Qazaxıstan şüar deyil, reallıqdır. Görülməli çox iş var ki, bunu hamımız birgə səylə görməliyik”, - Tokayev  bildirib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN