"Biz bunu tematik boykot adlandıra bilərik. 12 bənddən ibarət tövsiyyələr paketindən başqa heç bir məsələ bizi maraqlandırmır".

TEZADLAR.AZ xəbər verir ki, bu barədə "Strategiya Ağmaşenebeli" partiyasının sədri Qiorqi Vaşadze müxalifətin parlament boykotu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Müxalifət lideri, 31 mart tarixində prezidentin parlamentdəki məruzəsində iştirak edib-etməyəcəkləri ilə bağlı suala cavab olaraq bildirib ki, bu barədə düşünəcəklər. Onun sözlərinə görə, prezident konkret addımlar atmalı, Nika Qvaramia və Mixeil Saakaşvilini azad etməlidir: "12 bənddən ibarət tövsiyyələr paketindəki bəzi məsələləri prezident həyata keçirə bilər. Burada söhbət Nika Qvaramia və Mixeil Saakaşvilinin azadlığa buraxılmasından kedir. Hər iki məsələ onun əlindədir. Prezidentin hesabatı ilə bağlı gözləntilərə gəlincə, məsələ sadədir, prezident ekspert qiymətləndirməsindən real, təsirli addımlara keçməlidir”, - deyə Vaşadze vurğulayıb.

 

24News.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN