Artıq ölkələr öz valyutalarını ABŞ dollarına çevirmədən birbaşa transsərhəd əməliyyatlar apara biləcəklər.

*** 

Çin və Braziliya yuanla ticarət etmək barədə razılığa gəliblər.

Belə ki, ölkələr birgə klirinq palatasının yaradılmasını elan ediblər. Klirinq palatası iki ölkə arasında milli valyutalarda əməliyyatlar və kreditlər aparmağa imkan verən bank təşkilatıdır. Artıq ölkələr öz valyutalarını ABŞ dollarına çevirmədən birbaşa transsərhəd əməliyyatlar apara biləcəklər. Bunun əməliyyatları ucuzlaşdıracağı və dollardan daha az asılı olacağı gözlənilir.

 “Braziliya ilə yuanla ödəniş haqqında müqavilə imzalanıb ki, bu da ticarətimizi xeyli asanlaşdırır. Biz qida və faydalı minerallar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik, yüksək əlavə dəyərli malların Çindən Braziliyaya və Braziliyadan Çinə ixracı imkanlarını axtaracağıq”, - deyə ticarət nazirinin müavini Quo Tintin bildirib.

 Fevralın 8-də Çin Xalq Bankı və Braziliya Mərkəzi Bankı arasında Çin yuanından istifadə etməklə klirinq razılaşmalarına dair memorandum imzalanıb.

 Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (ApexBrasil) bildirib ki, yeni tənzimləmə “xərcləri azaldacaq, ikitərəfli ticarəti daha da genişləndirəcək və investisiyaları asanlaşdıracaq”.

 Nəşrin məlumatına görə, Çin 2010-cu ildən bəri Braziliyanın ən böyük ticarət tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə - 150 milyard dollara çatıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN