Avropa Şurası Parlament Asambleyiasının Gürcüstan üzrə monitorinq qrupunun həmməruzəçiləri Gürcüstanla bağlı bir sıra bəyanatlar səsləndiriblər.
TEZADLAR.AZ xəbər verir ki, müraciətlər Gürcüstanın Avropa inteqrasiyası, deoliqarxizasiya haqqında qanun layihəsi və sabiq prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlıdır. “Gürcüstan Avropa ölkəsidir, gürcülər avropalıdırlar. Gürcüstanın baş naziri Zurab Jvaniyanın 1999-cu ildə Parlament Assambleyası qarşısında vurğuladığı kimi: “Mən gürcüyəm və buna görə də avropalıyam” ifadəsini xatırlayırıq. Biz Avropa Şurası Parlament Assambleyasının Gürcüstan məsələsi üzrə həmməruzəçiləri kimi, ölkənin Avropa institusional çərçivəsinə tam inteqrasiyası üçün həmişə hərtərəfli dəstək verməyə çalışırıq. Gürcüstan yol ayrıcındadır. Biz Gürcüstan hakimiyyətini və bütün siyasi qüvvələri ədavət və qütbləşməyə qalib gəlməyə, dar partiya maraqlarını bir kənara qoymağa və ölkənin Avropa İttifaqına namizəd ölkə statusunu qazanması üçün Avropa Komissiyasının müəyyən etdiyi 12 prioritetin həyata keçirilməsi prosesində birlikdə işləməyə çağırırıq", - deyə Monitorinq Komitəsinin həmməruzəçiləri Klod Kern və Edit Estrella bəyanatlarında bildiriblər. Sabiq prezident Mixeil Saakaşvili barədə də Gürcüstan hökumətinə müraciət edən həmməruzəçilər deyiblər: “Cənab Saakaşvilinin maraqlarına uyğun olaraq, onun sağlamlıq vəziyyətini siyasiləşdirməmək vacibdir. Qərəzsiz əcnəbi həkimlərin prosesdə iştirak etmələri bu istiqamətdə mühüm addım ola bilər və buna görə də biz hakimiyyət orqanlarını və Saakaşvilinin ailəsini tez bir zamanda konsensus əsasında razılığa gəlməyə çağırırıq. Bu addım Saakaşvilinin müalicəsinə kömək göstərmək istəyən əcnəbi həkimlərin əlçatanlığını təmin edəcək".
24News.ge