Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının Vladimir Putin ilə görüşdüyünü təsdiqləyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında məlumat verib.
D.Peskov deyib ki, İ.Kalın Moskvada V.Putin ilə görüşüb və “Akkuyu” atom elektrik stansiyasına dair əməkdaşlıq məsələlərini müzakirə edib.
İbrahim Kalın ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşdüyünü və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məktubunu ona çatdırdığını bildirmişdi. O, həmçinin V.Putinin də Türkiyə Prezidentinə məktub ünvanladığını deyib.
AZƏRTAC