Bir əsrdən çox neytral ölkə statusu daşıyan İrlandiyada vəziyyət dəyişdi...

***

İrlandiya 1922-ci ildə müstəqillik əldə etdikdən sonra saxladığı neytral statusundan imtina edə bilər. Bütün bunlar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlıdır.

İrlandiyanın xarici işlər naziri Mişol Martin bildirib ki, iyun ayında İrlandiyanın bir neçə şəhərində beynəlxalq siyasət və təhlükəsizlik məsələlərinə həsr olunmuş dörd günlük böyük forum keçiriləcək. Orada digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı İrlandiyanın qarşısında duran xarici siyasət problemləri də müzakirə edəcək.

 "Biz Rusiyanın beynəlxalq hüquqa açıq - aşkar və kobud etinasızlığının şahidi olduq. İrlandiyanın qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyi və ənənəvi hərbi neytrallıq siyasətimiz bizi bu yeni reallığa cavab vermək zərurətindən azad etmir", - deyə o, bəyan edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN