“İşin əhəmiyyətini nəzərə alaraq, Baş Prokurorluq işi öz yurisdiksiyasına götürüb.

Axtarışlara ən güclü əməkdaşlar qoşulub, axtarışlar davam edir. Qırğızıstana sorğu göndərdik, indi birgə axtarış işləri aparacağıq... Qırğızıstanlı həmkarlarımızın dediyinə görə, o, onlara (Qırğızıstana -red) gəlib və Manas hava limanı vasitəsilə İstanbula uçub. İndi onlar belə məlumatlar verirlər”.

Bunu Qazaxıstan Baş prokurorunun müavini Jandos Umirəliyev bildirib.

O, xatırladıb ki, Qazaxıstan və Türkiyə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında ikitərəfli saziş imzalayıb.

 “Bizim Türkiyə ilə müqaviləmiz var və hazırda onlarla işləyirik. Biz bütün məlumatları verə bilmərik, çünki şəxs qaçır, ona görə də bütün məlumatları açıqlaya bilmərik, bu, istintaqa zərər verə bilər”, - deyə Umirəliyev izah edib.

 Xatırladaq ki, Qazaxıstan KİV-nin məlumatına görə, general-mayor Serik Kudebayev 2022-ci il fevralın 18-də öz xahişi ilə Almatı vilayətinin Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Həmin ilin mayında o, yanvar hadisələri ilə bağlı iş üzrə şübhəli şəxs kimi tanınıb. Keçmiş yüksək rütbəli polis məmuru xidmətdə ağır nəticələrə səbəb olan hərəkətsizlikdə şübhəli bilinir.

 Kudebayevin məhkəməsi 2023-cü il yanvarın 5-də başlayıb. Cinayət işi üzrə məhkəmə prosesi dəfələrlə təxirə salınıb. Martın 10-da Serik Kudebayevin xəstəxanaya yerləşdirildiyi bildirilib. Aprelin 3-də o, məhkəməyə məcburi gətirilməli, hökm elan olunmazdan əvvəl son sözünü deməli idi. Lakin aprelin 3-də məhkəmə Demokratlar Partiyasının keçmiş sədrinin Qazaxıstanı tərk etdiyini və beynəlxalq axtarışa verildiyini bildirib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN