Müstəqilliklərini bərpa etdikdən sonra bir-birinə arxa olan Azərbaycan və Gürcüstan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Mərkəzi Asiyadan Avropaya yeganə alternativ tranzit marşrutunu dəstəkləməyə davam edir.

Bunu iqtisadçı ekspert, Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Giqi Giqiadze Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın ölkəmizdə işgüzar səfərdə olan Baş naziri İrakli Qaribaşvili ilə görüşünü şərh edərkən deyib.

O, yerli KİV-ə müsahibəsində qeyd edib ki, dünyada bərpa olunan enerjiyə tələbatın artması Avropanın enerji təchizatının gələcəyində mühüm rol oynayacaq.

“Karbohidrogen ehtiyatlarının məhdud potensialını nəzərə alaraq, Tbilisi və Bakı bərpa olunan və alternativ enerji mənbələrinin inkişafına daha çox diqqət yetirməli və onların Avropa qitəsinə tranziti üçün yeni marşrutlar hazırlamalıdır”, -deyə ekspert diqqətə çatdırıb.

O, həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars marşrutu (BTQ) Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığın ən yaxşı nümunəsidir.

Xatırladaq ki, aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş olub. Daha sonra onlar mətbuata bəyanatlarla çıxış ediblər.

İrakli Qaribaşvili çıxışı zamanı bildirib ki, Azərbaycan təkcə Gürcüstanın qonşusu və dostu deyil, həm də mühüm strateji tərəfdaşıdır.

“Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik“, -deyə o, bildirib.

Prezident İlham Əliyev də çıxışı zamanı diqqətə çatdırıb ki, uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir.

“ Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir.

Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır”, - deyə bildirib.

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN