İndoneziyanın Azərbaycandan turist cəlb etmək üçün böyük potensialı var.

Bu barədə indoneziyalı iqtisadiyyat eksperti, SBDI (Biznesin Davamlı İnkişafı və İnnovasiyalar) Mərkəzinin təsisçisi Jeroyen Reynenberq KİV-ə verdiyi açıqlamada danışıb.

Onun sözlərinə görə, çoxlu sayda turistin cəlb edilməsində uğur qazanmaq, əsasən, sadələşdirilmiş viza sayəsində ölkəyə asan girişlə bağlıdır.

Ekspert, həmçinin qiymətlərin də münasib olmasının vacib rol oynadığına diqqət çəkib.

“Bundan əlavə, qiymətlərin nisbətən aşağı olması da böyük əhəmiyyət kəsb edir”, - deyə ekspert qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının müstəqilliyi İndoneziya Respublikası tərəfindən 28 dekabr 1991-ci il tarixində tanınmış və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı imzalamışdır.

1 fevral 2006-cı ildə Cakarta şəhərində Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş və bu, Azərbaycanın Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyi olmuşdur. İndoneziya Respublikası isə 2 dekabr 2010-cu ildə Bakı şəhərində səfirliyini açmışdır.

Qeyd edək ki, bu illər ərzində ölkələrimiz arasında ticarətin həcmi dəfələrlə artıb və əlaqələr sıxlaşıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN