Bu gün Ukrayna Parlamentində - Ali Radada bir neçə görüşlərimiz oldu.
Bu barədə millət vəkili Razi Nurullayev xəbər bildirib.
"Ali Radanın iki vitse-spikeri, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri və digər şəxslərlə görüş keçirdik. Nümayəndə heyətinin rəhbəri Rüfət Quliyev Ali Radanın Birinci vitse-spikerinə hədiyyə təqdim etdi. çox maraqlı görüşlər oldu. Dünən isə Kiyev şəhəri və ətrafında xeyli şəhər və yerləri ziyarət etdik", -deyə diqqətə çatdırıb.
Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
JASMİN