“Mən bu çox çətin məsələ ilə bağlı mövqeyimizi açıqladım. Birincisi, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ciddi əməl etməliyik və ümumiyyətlə, təbii ki, BMT-ni dünyada əvəzolunmaz və universal təşkilat kimi dəstəkləməliyik.

İkincisi, biz də Çinin, eləcə də digər dövlətlərin səsləndirdiyi bütün sülh təşəbbüslərini dəstəkləməliyik. Ona görə də biz çox ümid edirik ki, yaxın vaxtlarda Ukraynada atəşkəs əldə olunacaq və biz dünyanın bu hissəsində davamlı sülhün bərqərar olması haqqında danışmağa davam edə biləcəyik. Qazaxıstana gəlincə, biz bu məqsədə nail olmaq üçün öz töhfəmizi verməyə hazırıq”.

Bu fikri Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev jurnalistlər üçün təçkil olunmuş brifinqdə bildirib.

Tokayev ölkəsinin Rusiya ilə strateji tərəfdaş olduğunu və eyni təşkilatlara üzv olduqlarını vurğulayıb.

“Ona görə də bizim məqsədimiz həm ikitərəfli əsasda, həm də müvafiq beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığımızı gücləndirmək üçün Rusiya ilə sıx əlaqə saxlamaqdır”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Qeyd edək ki, iyunun 19-da Qazaxıstan Respublikasını dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana dövlət səfərinə gedib.

İyunun 20-də  isə Qazaxıstan və Almaniya prezidentləri təkbətək formatda danışıqlar aparıblar. daha sonra jurnalistlər üçün təşkil edilmiş brifinqdə çıxış ediblər.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Artıq bir ildən artıqdır ki, Ukraynada müharibə gedir. Tərəflər arasında sülhə nail olunması müşkülə çevrilib...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN