Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ilin əvvəlindən respublika büdcəsindən 1 trilyon 374,1 milyard təngə pensiya ödənilib
ki, bunun da 421,9 milyard təngəsi baza pensiyalarının ödənilməsinə, 952,2 milyard tenge isə həmrəylik pensiyasına yönəldilib.
2023-cü il iyunun 1-nə olan məlumata əsasən pensiyaçıların sayı 2 milyon 299 min nəfərdir.
2023-cü il iyunun 1-nə ümumi pensiyanın orta məbləği 120 743 tenge (TƏQRİBƏN 456.66 AZN), o cümlədən həmrəylik pensiyasının ölçüsü - 82 881 tenge (təqribən 313.46 AZN), baza pensiyası - 37 862 tenge (təqribən 143.20 AZN) təşkil edib.
***
Xatırladaq ki, Qazaxıstanda pensiya ödənişlərinin orta məbləği (baza pensiya ödənişi nəzərə alınmaqla) 2022-ci ilin oktyabrın 1-nə olan məlumata görə, 109 171 tenge (təqribən 393.18 AZN) təşkil edirdi.
Qeyd edək ki, Azərbaycanda minimum əmək pensiyası 280 manata çatdırılıb. 202-ci ilin ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.
Ölkəmizdə 2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur.
Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.
JASMİN